EN

“Kanalizasiya suyu ətrafa dağılır, baxan yoxdur” - Sabunçudan şikayət

Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, N.Nərimanov küçəsi, 4-ün sakinləri kanalizasiya suyunun daşıb ətrafı basmasından şikayətçidirlər.

Hurriyyet.az xəbər verir ki, onlar Oxu.Az-a bildiriblər ki, hər həftəsonu sözügedən hal baş verir:

“Hər həftəsonu motorxana işləmir, növbətçi də olmur deyə kanalizasiya suyu ətrafa dağılır. Nəticədə küçəni üfunət bürüyür. Bu hal aylarla davam etməsinə baxmayaraq, hər hansı tədbir görülmür. Zəng edirik, müraciət ünvanlayırıq. Lakin “müraciətiniz qeydə alındı” deyirlər, heç bir geridönüş etmirlər. Məcbur qalıb, günlərlə üfunət içində gözləyirik”.

Məsələyə münasibət bildirən İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat katibi Ceyhun Musaoğlu deyib ki, problemin yaranmasına səbəb intensiv yağıntıların olmasıdır:

“Yağıntılar zamanı şəbəkələrdə həddindən artıq yüklənmələr olduğundan mövcud infrastrukturun imkanları eyni anda həm yağış, həm də tullantı sularını tam daşımağa imkan vermir”.

O, həmçinin qeyd edib ki, hansı ərazilərdə qurumun mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi yoxdursa, həmin ərazilərdə xidmət göstərmək çətinləşir:

“Hansı ərazilərdə qurumun mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi varsa, orada mütəmadi təmizləmə işləri həyata keçirilir”.

Chosen
27
1
hurriyyet.az

2Sources