EN

Xəlil Göyüşovun insanlarda yaratdığı sel fobiyası- Bu fobiyadan kim bizi xilas edəcək?

İnsanlarımızda yeni fobiya yaranıb. Bu da sel fobiyasıdır. Artıq bəzi sürücülər yağışlı havada tuneldən keçməkdən çəkinir. Bu da paytaxtda tıxacların böyüməsinə səbəb olur.

Kimdir günahkar?

Məlumdur ki, 10 gün əvvəl baş vermiş güclü yağıntı təkcə bəzi sahələrin fəaliyyətini iflic etmədi, həm də bir neçə insanın ölümünə səbəb olmadı. Ən dəhşətli faciə isə Sabunçu tunelində yaşandı. Çörək daşıyan maşında olan 2 nəfər hər kəsin gözü qarşısında ölümlə üz-üzə qaldı. Tunelə yığılan sel suları onların ölümünə səbəb oldu. Nə təsadüfdürsə ötən gün yağan yağış zamanı da həmin tuneldə problem yarandı. Və müvafiq qurumlar vəziyyətdən çıxış yolunu tuneldən istifadəni qadağan etməkdə gördü.

Amma nədənsə həmin tuneli sifariş edən, tikintiyə nəzarət edən və ən nəhayət tikinti aparan şirkətdən heç bir  səlahiyyətli şəxs bu faciəyə görə məsuliyyətə cəlb olundu. Halbuki, mütəxəssis olmayan şəxslər də bilir ki, tuneldə suyun kənara ötürülməsi üçün normal nasosxana olmalıdır. Amma nədənsə Sabunçu tunelindəki nasosxana barədə rəsmi qurumlar çox az danışır.

Xatırladaq ki, bu tuneli “Körpü-bina-tikinti” ASC inşa edib. Və tikinti prosesində yol verilmiş ciddi nöqsanlara görə yağışdan sonra belə vəziyyət yaşanır. Amma nədənsə iki insanın ölümü və nə qədər avtomobilinyararsız hala düşməyinə görə podaratçı şirkətə “gözün üstündə qaşın var” deyən olmadı.

Bu da səbəbsiz deyil. Çünki, “Körpü-bina-tikinti” ASC-nin sahibi Xəlil Göyüşov tikinti oliqarxıdır. Hazırda Azərbaycanda aparılan ən iri tikinti layihələri məhz Xəlil Göyüşovun nəzarətindədir. Hazırda bu şirkət Bakıda, Abşeronda və regionlarda milyonlarla dəyəri olan layihələr həyata keçirir. Məhz bu layihələrdən qazanılan milyonlar sonra müxtəlif yollarla ölkə xaricinə çıxarılır. Təsadüfi deyil ki, bu günlərdə sosial şəbəkələrdə belə bir informasiya yayıldı ki, Xəlil Göyüşovun oğlu Ramiz Göyüşov bir neçə il əvvəl Almaniyanın Hamburq şəhərində 40 milyon avroluq ARENA OTELini (AGO Park Hotel Betriebs GmbH, Hamburg) alıb.

News365.az-ın əldə etdiyi məlumatlara görə bu fakt Xəlil Göyüşovun varidatının çox az qismidir. Onun Nərimanov rayonun “milyonçular məhəlləsi”ndə ən azı 10 villası var. Bundan başqa onun Avropa oteli yaxınlığında milyonlarla dəyəri olan  mülkün olduğu deyilir. Bundan başqa Xəlil Göyüşovun  yaxın qohumlarınan adına sənədləşdirdiyi özəl klinikalar, uşaq bağçaları, istirahət kompleksləri, restoranları olduğu deyilir.

Təbii ki, bu qədər sərvət halal yolla qazanılmayıb. Ona görə də müvafiq qurumlar buna diqqət etsə yaxşı olar.

News365.az

 

 

Chosen
24
news365.az

1Sources