EN

Kiçik və orta biznesin rəqəmsallaşmasında Sinqapur təcrübəsi öyrəniləcək

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) ilə Sinqapur dövlətinin “Singapore Cooperation Enterprise” qurumu arasında Anlaşma Memorandumu imzalanıb.

Marja agentliyin yaydığı məlumata istinadla xəbər verir ki, memorandum Kiçik və Orta Biznesin (KOB) rəqəmsallaşdırılması sahəsində qarşılıqlı faydalı əməkdaşlığın inkişafını nəzərdə tutur.

Əməkdaşlıq çərçivəsində qurumlar rəqəmsal hökumət xidmətləri, siyasət və tənzimləyici çərçivələr istiqamətində bacarıqların inkişafı və bilik mübadiləsini həyata keçirəcəklər.

Qeyd edək ki, Sinqapur KOB-ların rəqəmsallaşması sahəsində geniş təcrübəyə malikdir və bu istiqamətdə 2017-ci ildən fəaliyyət göstərir.

Chosen
17
5
marja.az

6Sources