EN

Oruc tutanların da, spirtli içki qəbul edənlərin də sayı artıb – Zahid Oruc

Bu layihə iri idxalçıları qorumuş olacaq. Biz istəyirik ki, kustar üsulla olan malları dövriyyədən çıxaraq.

Heftelik.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun dəyişikliyin müzakirəsi zamanı  parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.

Zahid Oruc  bildirib ki, çox sadə cihazlarla, qurğularla bu işi görənlər bazara yol tapa bilirlər: “Bu, necə ola bilir? Çünki ən yüksək brendli şüşələrdə ən zay məhsulları cəmiyyətə yayırlar. Biz saxta məhsullara qarşı mübarizənin yollarını tapmalıyıq. Bizim bir ildə xalq olaraq qəbul etdiyimiz alkoqollu içkilərin miqdarını internetdə tapa bilmədim. Yalnız Ümumdünya Səhiyyə Təşkilatının məlumatında rast gəldim ki, Azərbaycanda spirtli içki qəbul edənlərin sayı 3 dəfə artıb. Bizim ölkədə çox maraqlı təzad var. Oruc tutanların da, spirtli içki qəbul edənlərin də sayı artıb. Bu layihə insanların ucuz qiymətə alkoqollu içki almasının qarşısını alacaq”.

Chosen
12
heftelik.az

1Sources