EN

Zaur İmrani: Azərbaycanda son 10-15 il ərzində yağışlar fəsillər üzrə qeyri-bərabər paylanır

Azərbaycanda son 10-15 il ərzində kəskin leysan yağışları müşahidə olunur, yağışlar fəsillər üzrə qeyri-bərabər paylanır.

Bunu "Far.Az"a açıqlamasında Coğrafiya İnstitutunun icraçı direktoru, coğrafiya üzrə fəlsəfə doktoru Zaur İmrani deyib.

O bildirib ki, bir sıra mütəxəssislər normadan artıq yağan yağışları iqlim dəyişikliyi ilə əlaqələndirirlər:

"Ümumi tendensiyalarda nisbilik müşahidə edilir. Lakin yağışlar fəsillər üzrə qeyri-bərabər paylanır. Son 10-15 il ərzində kəskin leysan yağışları müşahidə olunur, bəzən normadan 3-5 dəfə artıq yağış düşür. Bu da fəsadlara səbəb ola bilir".

Z.İmrani əlavə edib ki, təbii fəlakətlərdən heç bir dövlət sığortalanmayıb, dünyanın bir çox ölkəsində belə hallar baş verir.

Chosen
5
1
far.az

2Sources