EN

Azərbaycan və Pakistan hərbi-texniki sahədə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

Oktyabrın 29-da Azərbaycan müdafiə sənayesi naziri Vüqar Mustafayev ölkəmizdə rəsmi səfərdə olan Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Sahir Şamşad Mirzanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, qonaqları salamlayan V.Mustafayev onları Azərbaycanda görməkdən məmnunluğunu bildirib.

Pakistanla dostluq və qardaşlıq münasibətlərinin, strateji tərəfdaşlığın yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdıran nazir xalqlarımız arasında tarixi-mənəvi bağlılıqların, yüksək səviyyəli qarşılıqlı etimadın mövcudluğunu vurğulayıb.

O, Pakistanla hərbi-texniki sahədə əməkdaşlığın Azərbaycanın müdafiə sənayesinin inkişafı üçün faydalı olduğunu qeyd edib.

Azərbaycan-Pakistan Hökumətlərarası Birgə Komissiyasının həmsədri olan V.Mustafayev Komissiyanın növbəti iclasının keçirilməsi istiqamətində aparılan işlərlə bağlı geniş məlumat verib.

General S.Ş.Mirza səmimi görüşə və qonaqpərvərliyə görə minnətdarlığını çatdırıb. O, qarşılıqlı səfərlərin və görüşlərin keçirilməsinin ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi üçün önəmindən danışıb.

Qonaq son illərdə Azərbaycanda müasir müdafiə sənayesi sahəsinin sürətlə inkişaf etdiyini, birgə əməkdaşlığın zəruriliyini diqqətə çatdırıb.

Tərəflər Azərbaycan və Pakistan arasında hərbi-texniki sahədə əməkdaşlığın daha da genişləndirilməsi yollarını müzakirə edib, qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

#gallery-1 {

margin: auto;

}

#gallery-1 .gallery-item {

float: left;

margin-top: 10px;

text-align: center;

width: 100%;

}

#gallery-1 img {

border: 2px solid #cfcfcf;

}

#gallery-1 .gallery-caption {

margin-left: 0;

}

/* see gallery_shortcode() in wp-includes/media.php */

2427

2429

Chosen
22
2
poliqon.az

3Sources