Rusiya silahlı qüvvələri Ukraynanın Donetsk vilayətinin Selidovo şəhərini ələ keçirib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Rusiya Müdafiə Nazirliyi yayıb.
Qurum, həmçinin Donetsk vilayətinin Qornyak, Katerinivka və Dobrovolye (Boqoyavlenka) yaşayış məntəqələrinin də ələ keçirildiyini açıqlayıb.
Ukrayna Silahlı Qüvvələrinin general-polkovniki Dmitri Marçenko Donbasda Ukrayna ordusu cəbhəsinin dağılmasının artıq heç kimə sirr olmadığını deyib.
Bizim.Media