Bakı. Trend:
Milli Məclisin sədri Sahibə Qafarova oktyabrın 29-da TürkiyəRespublikasının milli bayramı - Respublika Günü münasibəti iləTürkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşa təbrikməktubu ünvanlayıb.
Trendxəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətləəlaqələr şöbəsi məlumat yayıb.
Bildirilib ki, məktubda Sahibə Qafarova öz adından və AzərbaycanRespublikası Milli Məclisinin üzvləri adından Türkiyə Böyük MillətMəclisinə və qardaş Türkiyə xalqına ən səmimi təbriklərini və xoşarzularını ifadə edib.
Azərbaycan parlamentinin sədri bildirib ki, 101 il öncə qəhrəmanTürkiyə xalqının qazandığı möhtəşəm zəfər, Cümhuriyyətin qurulduğuandan etibarən milli inkişaf yolunda atılmış addımlar, xüsusən sonillərdə əldə olunmuş hərtərəfli tərəqqi sayəsində TürkiyəRespublikası haqlı olaraq dünyanın ən aparıcı və güclüdövlətlərindən birinə çevrilib.
Ortaq tarix, köklər və milli-mənəvi dəyərlərlə bir-birinə bağlıolan xalqlarımızın iradəsini əks etdirən Azərbaycan-Türkiyəqardaşlıq və müttəfiqlik münasibətləri bu gün özünün ən yüksəkzirvəsindədir. Bu münasibətlər “Bir millət iki dövlət” prinsipinəuyğun olaraq bütün istiqamətlər üzrə hərtərəfli inkişaf edir vəgüclənir.
Məktubda deyilir ki, dövlətlərarası əlaqələrimizin bütünsahələrində olduğu kimi, parlamentlərarası əməkdaşlıq sahəsində dəbirliyimiz və həmrəyliyimiz uğurla davam edir. Belə bir əminlikifadə olunur ki, Azərbaycan Respublikasının Milli Məclisi iləTürkiyə Böyük Millət Məclisi arasında ikitərəfli və çoxtərəfliəlaqələrin, səmərəli və fəal əməkdaşlığın daha da möhkəmlənməsi vəgenişlənməsi naminə birgə səylərimizi bundan sonra damüvəffəqiyyətlə davam etdirəcəyik.