EN

ATXƏM Brüsseldə silsilə tədbirlər keçirib — FOTOLAR

Brüsseldə "Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının beynəlxalq hüquqi aspektləri və təminatı" mövzusunda silsilə tədbirlər davam edir.

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi İctimai Birliyi "Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının beynəlxalq hüquqi aspektləri və təminatı" layihəsini icra edir.

Tədbir içtirakçıları bu gün oktyabrın 26-də Almaniyanın Duisburg şəhərində fəaliyyət göstərən TÜRKSAT TV vasitəsilə efirə yayımlanan "Kanal Avropa TV"-nin "Brüssel" Kanal Gündəmi" proqramında qonaq olmiuşlar. Belçika-Türkcə Media Birliyinin sədri Hüseyn Dönməz, Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçi, layihə rəhbəri, ATXƏM İB-nin sədri İlham İsmayılov, layihənin ekspertləri "Cəmiyyətin İnkişafi Mərkəzi" İB-nin sədri Əhməd Abbasbəyli, LAF TV-nin rəhbəri, əməkdar jurnalist Ləman İsmayılovanın iştirakı ilə təşkil olunmuş verilişdə "Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının beynəlxalq hüquqi aspektləri və təminatı" mövzusu ilə bağlı geniş məlumatlar verilmiş və ətraflı müzakirələr aparılmışdır.

Daha sonra tədbir iştirakçıları Belçikanın Maasmechelen şəhərində ATİB Türk Kultur Mərkəzində görüş keçirilmişdir. Görüşü Belçika-Türkcə Media Birliyinin sədri Huseyin Dönmez açaraq qonaqları salamlamış və sonra
“İRƏVAN _ Gizlədilmiş həqiqətlər” sənədli filmi nümayiş etdirildi. ATXƏM İB-nın sədri İlham İsmayılov tarixi faktlara əsaslanaraq tədbir iştirakçılarına vaxtilə Qərbi Azərbaycan torpaqlarına ermənilərin köçürülməsi, onların bu torpaqlarda məskunlaşması, əsrlərlə soydaşlarımızın öz ata-baba yurdlarından didərgin salınması və deportasiya edilməsi barədə geniş məlumat vermiş və bu gün qərbi azərbaycanlıların öz doğma torpaqlarına ləyaqətlə və təhlükəsiz qayıdışının təmin edilməsinı dünya ictimaiyyətinin diqqətinə çatdırılmasının qarşımızda mühüm bir vəzifə olduğunu qeyd etmişdir. Daha sonra Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçi, "Cəmiyyətin İnkişafi Mərkəzi" İBnin sədri Əhməd Abbasbəyli, LAF TV-nin rəhbəri, əməkdar jurnalist Ləman İsmayılova, ATİB Türk Kultur Mərkəzinin rəhbəri Ahmet Cücük mövzu ilə bağlı çıxış etmişlər. Görüşün sonunda Ahmet Cücük İlham İsmayılova Türk Xalqlarının əməkdaşlığında fəaliyyətinə görə plaket təqdim etdi.

Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.



Chosen
9
2
demokrat.az

3Sources