EN

Britaniyada xərçəngin yeni müalicəsi: Beyin şişini yarıya endirildi - FOTO

Britaniyada 62 yaşlı mühəndis Pol Rid ötən ilin dekabrında güclü baş ağrısından şikayətlənib.

Həkimlər onun beynində böyük bir kütlə tapdıqdan sonra əksər hallarda 18 ay ərzində xəstələri öldürən qlioblastoma diaqnozu qoyublar. Dekabrın 27-də əməliyyat, ardından isə radioterapiya və kimyaterapiya kursları keçməsinə baxmayaraq, iyul ayında şişin yenidən böyüdüyü məlum olub. O, daha sonra London Universitet Kolleci nəzdindəki UCLH qurumu tərəfindən aparılan və xəstəliyi müalicə etməyi hədəfləyən klinik sınaqda iştirak edən ilk pasiyent olmaq şansı qazanıb.

Bizim.Media xəbər verir ki, “CITADEL-123” sınağında cərrahlar şişi mümkün qədər çox çıxardıqdan sonra baş dərisinin altına Ommaya rezervuarı adlı kiçik tibbi cihaz yerləşdiriblər.

Bu cihaz kiçik bir boru vasitəsilə şişə birləşdirilib. Həkimlər daha sonra “ATT001” dərmanını birbaşa şişə inyeksiya edib. Bu dərman hüceyrələrdə DNT zədələnməsinin bərpa olunmasına kömək edib və kiçik miqdarda radioaktivlik verib. Həftədə bir dəfə (dörd-altı həftə ərzində) tətbiq edilən dərman şiş hüceyrələrini məhv edib, lakin sağlam toxumaya təsir göstərməyib.

Müalicəyə başladığından bəri Pol Ridin şişi cəmi bir neçə həftə ərzində yarıya qədər kiçilib.

“Bu sınaq mənim üçün bir xilasdır, çünki sağ qalma ehtimalım bir ildən az idi”, - deyə o bildirib.

Dktor Pol Mulholland bu sınağın insan üzərində ilk dəfə həyata keçirildiyini qeyd edib. O, araşdırmaya ehtiyatlı yanaşdıqlarını və yalnız altı həftə müalicə etdiklərini vurğulayıb.


Bizim.Media

Chosen
25
1
bizim.media

2Sources