EN

Harrisin bu çıxışı etiraza səbəb olub

ABŞ-nin vitse-prezidenti və Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harrisin Miçiqan ştatında seçkilər zamanı çıxışı ABŞ-nin İsrail siyasətinə etiraz edən bir qrup tərəfindən kəsilib.

"Cebheinfo.az" xəbər verir ki, Amerikalı müsəlmanların və ərəblərin sıx yaşadığı Miçiqan ştatında demokratların namizədi Harrisin çıxışı zamanı Fələstini dəstəkləyən qrupdan etiraz səsləri eşidilib.

Qrup "İsrail bombalayır, Kamala isə pul ödəyir, bu gün neçə uşağı öldürəcəksən?" şüarını səsləndirib.

Etirazlarla bağlı açıqlama verən Harris, "Hamımız bu müharibənin bir an əvvəl bitməsini və girovların azad edilməsini istəyirik və bunun üçün əlimdən gələni edəcəyəm" deyib. 

Bildirilib ki, etirazçılar daha sonra tədbir keçirilən ərazidən uzaqlaşdırılıb.

Chosen
38
23
cebheinfo.az

10Sources