Kəlbəcər şəhərində "İstisu" sanatoriyasının yenidən qurulması ilə bağlı işlər aparılır.
Bizim.Media xəbər verir ki, bunu Prezidentin Kəlbəcər rayonundakı xüsusi nümayəndəsi Bəşir Hacıyev Şuşada keçirilən "Azərbaycan Sağlamlıq Turizm Konfransı: İnkişaf imkanları" adlı tədbirdə bildirib.
Bundan başqa, o, deyib ki, şəhərdə 224 mənzildən ibarət binalar inşa olunur.
Bəşir Hacıyev, həmçinin Toğanalı-Kəlbəcər-İstisu yolunda da işlərin davam etdiyini bildirib:
"Növbəti ildə bu yolun yekunlaşması nəzərdə tutulub. Uzunluğu 82 kilometr olan yolun əhəmiyyəti böyükdür. Bundan əlavə, İstisu qəsəbəsinin layihələndirilməsinə başlanılıb".
Bizim.Media