EN

Mədəkiçiltmə əməliyyatı bu şəxslərə qadağandır! - HƏKİM FAKTLARI AÇIQLADI

“Onkoloji xəstələri mədəkiçiltmə əməliyyatına götürmək olmaz”. Bu sözləri SİA-ya açıqlamasında ümumi bariatrik cərrah Ruslan Ağayev deyib.

Onun sözlərinə görə, keçmişdə süd vəzi xərçəngi olan bir pasienti əməliyyat ediblər: “Həmin pasient əməliyyat olunub, üzərindən ximya alıb. Həmin ildən artıq 5 il keçib və onda bu şiş yenidən yaranmayıb. Belə pasientlər olarsa onlar əməliyyata götürülə bilər. Amma aktiv xərçəng varsa, yaxud da hazırda ximya müalicəsindədirsə, nəzarətdə olan pasientdirsə, onu əməliyyata götürmək olmaz.

Mənim üçün bu əməliyyatlardan ən qorxduğum dövr 2-3 sutkadan sonra pasientin evə yazılmasıdır. Elə hər şey buradan başlayır. Çünki bu zaman həkim nəzarətindən uzaq olur. Bu əməliyyat qapalı kəsiksiz icra olunduğuna görə pasientin 1 həftə sonra əməliyyat olunduğu yadına belə düşmür. Onda sağaldığına dair yalan bir fikir yaranır. Bu dövrdə pasient yanlışlıqla bərk halda qida qəbul etsə, mədədəki tikişlər ata, mədə qanaxması, deşilməsi baş verə bilər. Bunun sonu da ölümdür”.

Ayşən Vəli

Chosen
24
sia.az

1Sources