EN

BP-nin xalis mənfəəti 24 dəfə azaldı

Bu ilin üçüncü rübündə Böyük Britaniyanın enerji nəhəngi BP-nin xalis mənfəəti təxminən 24 dəfə, mənfəəti isə 31 faiz azalıb.

Musavat.com şirkətin ilkin hesabatına istinadən xəbər verir ki, iyul-sentyabr aylarında xalis mənfəət bir əvvəlki ilin eyni dövründəki 4,86 milyard dollarla müqayisədə 206 milyon dollar təşkil edib. Azalmanın əsas səbəbi 1,73 milyard dollar, o cümlədən neft seqmentində 767 milyon dollar silinmə daxildir.

Eyni zamanda, inventar əvəzi dəyərinə uyğunlaşdırılmış mənfəət (xalis gəlirə ekvivalentdir, lakin birdəfəlik faktorlar istisna olmaqla) keçən ilin eyni dövründəki 3,3 milyard dollardan 2,27 milyon dollara düşüb. Şirkətin özünün hazırladığı konsensus proqnozuna bu rəqəm 2,05 milyard dollar daxil edilib.

Sentyabrın sonunda şirkətin xalis borcu 24,26 milyard dollar olub, bir il əvvəl isə 22,32 milyard dollar idi.

Açıqlanan məlumat fonunda bu gün BP-nin səhmləri 1,6 faiz ucuzlaşıb.

Musavat.com

Chosen
36
20
musavat.com

10Sources