“Araz Naxçıvan”ın futbolçusu Vadim Abdullayev əməliyyat olunub. Msport.az xəbər verir ki, yarımmüdafiəçi menoiskdən cərahiyyə əməliyyatı keçirib.
Sabah xəstəxananı tərk edəcək Abdullayev müalicəsini ev şəraitində davam etdirəcək.
29 yaşlı oyunçu 15-18 gündən sonra məşqlərə başlayacaq.
Qeyd edək ki, millimizin baş məşqçisi Fernandu Santuş Abdullayevi son oyunlara dəvət etmişdi.