Rusiya prezidenti Vladimir Putin ölkəsində nüvə silahının istifadəsi ilə bağlı yeni təlimə başladıqlarını açıqlayıb.Kremldən verilən açıqlamaya görə, Rusiya hərbi səlahiyyətliləri ilə görüş keçirən Putin Rusiyada nüvə silahının istifadəsi ilə bağlı yenidən təlimə başladıqlarını ifadə edərək, “Bu gün strateji çəkindirmə manevri keçiririk. Qüvvələrin ballistik və qanadlı raketlərin buraxılması və nüvə silahlarının istifadəsi ilə bağlı hərəkətləri yenidən yoxlanılacaq" vurğulayıb.Putin dövlət təhlükəsizliyini təmin etmək üçün nüvə silahından istifadənin müstəsna tədbir olduğunu bəyan edib və deyib:“Bununla belə, nüvə triadası ölkəmizin suverenliyinin və təhlükəsizliyinin təminatı olmaqda davam edir, strateji çəkindirmə, qlobal sabitliyin obyektiv amilləri, nüvə bərabərliyi və güclər arasında tarazlığın qorunması sahəsində problemlərin həllinə töhfə verir. Artan geopolitik gərginliklər, yeni xarici təhdidlər və riskləri nəzərə aldıqda, hər zaman istifadəyə hazır müasir strateji qüvvələrə sahib olmaq vacibdir".Nüvə qüvvələrini yeniləməyə davam edəcəklərini qeyd edən Putin bunun üçün lazımi qaynaqlara sahib olduqlarını ifadə edərək, Rusiya ordusunun müasir silahlarla təchiz olunma sürətinin bu il 94 faizə çatdığını qeyd edibRusiyanın və vətəndaşlarının qorunmasının vacibliyinə diqqət çəkən Putin, “Yenidən silahlanma yarışına girmək istəmirik, ancaq nüvə gücümüzü lazımi səviyyədə saxlayacağıq” deyib.Qeyd edək ki, Rusiya mayın sonunda Cənub Hərbi Dairəsində nüvə silahından istifadəyə dair təlimlərə başlayıb. Üç mərhələdən ibarət olan təlim təxminən 3 ay davam edib.Mənbə: AA