EN

Media məlumat bazası zənginləşir

Mətbuat Şurasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə gerçəkləşdirdiyi “Azərbaycan media landşaftı üzrə məlumat bazasının yaradılması” layihəsi ilə bağlı dördündü müzakirə keçirilib.

Toplantını giriş sözü ilə açan MŞ sədri Rəşad Məcid layihəyə göstərdiyi dəstəyə görə agentliyə təşəkkürünü bildirib. O qeyd edib ki, sayca 4-cü olan müzakirələrdə görülmüş işlər təhlil olunub, ölkəmizin media məkanı barədə təsəvvür formalaşdıran məlumat bazasının strukturuna dair fikir mübadiləsi aparılıb, təkliflər qruplaşdırılıb. MŞ-nin “presscouncil.az” saytında “Azərbaycanın media landşaftı” adlı xüsusi kateqoriya yaradılıb.

MŞ İdarə Heyətinin üzvü, layihənin eksperti Müşfiq Ələsgərli “Azərbaycan mediasında gender bərabərliyinin mövcud durumu” mövzusunda keçirilmiş tədqiqatın nəticələrini şərh edərək bildirib ki, araşdırma audiovizual, çap, onlayn media subyektləri və informasiya agentlikləri daxil olmaqla, 154 redaksiyanı, o cümlədən, 26 jurnalist təşkilatını əhatə edib. Ümumilikdə, 180 qurum tədqiqata cəlb edilib.

Bakı Dövlət Universitetinin müəllimi, Ankara Universitetinin doktorantı Qoşqar Bəylərov, “Təbib” qəzetinin baş redaktoru Məğrur Əliyev, “Yenicag.az” saytının əməkdaşı Rəsul Mirhəşimli, “Sitat.info” saytının baş redaktoru Məğrur Salmanov, Tns.az saytının baş redaktoru Tural Səfərov və başqaları layihə ilə bağlı təkliflərini səsləndiriblər.

T.RÜSTƏMLİ
XQ

Chosen
44
xalqqazeti.az

1Sources