EN

Qida eksperti XƏBƏRDARLIQ etdi: Meyvələri…

Son günlər xarici mediada başqa ölkələrdən gətirilən bəzi meyvələrdə infeksiyalar aşkarlanıb. Ölkələr vətəndaşları diqqətli olmağa səsləyib. Bu meyvələrin əksəriyyəti eqzotik meyvələrdir.

Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən qida eksperti İsa Əliyev vətəndaşlara bəzi məsləhətlər verərək idxal olunan qidaların ölkəmizə gətirilmə prosesindən danışdı.

İsa Əliyev bildirib ki, istər meyvə olsun, istər tərəvəz olsun, istərsə də heyvan mənşəli bütün qida məhsulları tarladan süfrəmizə olan qida zənciri prinsipi üzərinə kontrolda saxlanılıb yoxlanılır. Bunu tənzimləyən HACCP kriteriyaları var.

Eksperin sözlərinə görə, HACCP təhlükə analizi və kritik kontrol nöqtələrin müəyyən edilməsidir.

“Tarladan süfrəmizə gələn bütün addımlarda kritik kontrol nöqtələri müəyyən edilərək həmin nöqtələrdə lazımi parametrlər yoxlanılır. Əgər o parametrlər uyğundursa ondan sonra növbəti addıma keçir. Bu addımlar məhsulun yetişdirilməsindən hətta toplanmasından daha sonra onların qablaşdırılması, yuyulması, anbarlarda doğru şəraitdə saxlanılması, doğru şəkildə market və bazarlara daşınılması ondan sonra istehlakçının onu alıb süfrəsinə gətirməsinə qədər bütün addımları əhatə edir.

Ölkəmizə bir çox ölkələrdən fərqli tropikal meyvələr idxal olunur. Bunlardan da təbii ki, biri manqodur. Manqo məhsullarında da digər qida məhsullarında da ölkəyə idxal olunarkən Qida Təhlükəsizliyi Agentliyi tərəfindən onlardan nümunə alınır, labaratoeiyalarda analiz edilir. Analizin nəticəsi müsbət çıxarsa, yəni hər hansı bir problem aşkarlanmadıqda, infeksion mikroorqanizmə, bakteriyaya rast gəlmədikdə, digər qanunvericiliklə tənzimlənmiş parametrlərə uyğun olduqda sertifikat verilir və o idxal oluna bilir.

Amma bunun yanı sıra istehlakçıların da üzərinə düşən bəzi məsləhətlər var ki, meyvə və tərəvəzləri evlərinə aldıqda onları gigiyenik bir şəkildə yumalı və daha sonra istehlak etməlidirlər. Çünki qida məhsulları, istər meyvə olsun, istərsə də tərəvəz olsun onlar ola bilər ki, özlərində hər hansı bir mikroorqaniz olmasa belə kənardan, heyvanlardan və ya havadan müxtəlif mikroorqanizmaları öz üzərlərinə çəksinlər, onlara yapışsın. Bu səbəblə meyvə və tərəvəzləri istehlak etmədən əvvəl mütləq şəkildə gigiyenik şəraitdə təmizləməli və daha sonra istehlak etməliyik”.

 

Dəniz Pənahova

Chosen
34
tribunainfo.az

1Sources