EN

Şərabın sağlamlıq üçün faydası var? -  Mübahisələr sona çatdı

Şərabın Şərabın sağlamlıq üçün faydası var? -

Psixiatr, narkoloq Ruslan İsayev şərabın güman edilən faydaları ilə bağlı mübahisələrə son qoyub.

E-saglam.az xəbər verir ki, mütəxəssis bildirib ki, məşhur inancın əksinə olaraq, şərabın istənilən dozada istehlakı sağlamlığa fayda gətirə bilməz.

“Çoxları əmindir ki, sağlamlıq üçün gündə bir stəkan qırmızı şərab içə bilərsiniz. Bu yanlış fikir ən çox spirtli içki içmək istəyini əsaslandırmaq və ya bu içkini reklam etmək üçün istifadə olunur. Qırmızı şərab istehsalçıları onun antioksidant xüsusiyyətlərə malik olduğunu, qocalmanı ləngitdiyini və xərçəngin qarşısını aldığını iddia edirlər",  - İsayev vurğulayıb.

İdeal laboratoriya şəraitində bu antioksidantlar orqanizmin mikroflorası ilə qarşılıqlı əlaqədə olduqda, əslində bəzi bakteriyaların böyüməsini təşviq edir və digərlərini boğur və mikrobiomun fəaliyyətini yaxşılaşdırmağa kömək edir. Ancaq insan orqanizminin və onda baş verən bütün proseslərin ideal laboratoriya şəraiti ilə müqayisə edilə bilməyəcəyi ilə əlaqəli bir neçə "amma" var. Alkoqolun ən təhlükəsiz dozasının spirt olmadığı sübut edilmişdir". 

Mütəxəssis izah etdi ki, real şəraitdə şərabın “faydaları” zərərsizləşdirilir.

“Birincisi, antioksidantlar çox dəyişkəndir və bir neçə ay keçdikdən sonra onların 90 faizi yox olur. Onlar yalnız təzə və hələ də içmək adət olunmayan turş şərabda olur. Şərab nə qədər uzun müddət saxlanılırsa, tərkibində bir o qədər az antioksidant var. Əsl "yaşlı" şərabda onlar praktiki olaraq yoxdur. İkincisi, şərabın antioksidant xüsusiyyətləri etanolun verdiyi zərərdən daha az fayda gətirir”, - İsayev vurğulayıb.

Tərcümə: Könül Oruc

E-saglam.az

Chosen
18
e-saglam.az

1Sources