"Real Madrid" Fransada keçirilən "Qızıl top" mükafatlandırma mərasiminə getməli idi".
"Operativ Media" xəbər verir ki, bunu İspaniya La Liqasının prezidenti Xavyer Tebas İspaniya mətbuatına açıqlamasında bildirib.
"Real Madrid" "Qızıl top" mükafatlandırma mərasiminə getməli idi və "France Football"un sistemini şübhə altına almamalı idi. Klubun özünü qurban verməsi lazımsız və şişirdilmişdir. Nə etdiklərini bilmirəm. Onların bu sinif çatışmazlığını biz İspaniyada da görürük".
Qeyd edək ki, "Real Madrid" klubundak heç kim mərasimdə iştirak etməyib.