EN

Hazırda neçə nəfər sığınacaqda himayə edilir? - RƏSMİ AÇIQLAMA

Bakı. Trend:

Havalar getdikcə soyuyur. Bəzən parklarda, yol kənarlarındayatan insanlara rast gəlirik. Bu şəxslərin arasında əksəriyyətisərxoşlar, tüfeyli həyat sürənlər olsa da, yaşayacaq evi və yeməyiolmayanlar da var.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyitabeliyində Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələrşöbəsinin müdiri Murad Həşimov Trend-ə açıqlamasında bildirib ki, müəssisəbaxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlikyaşına çatmayanların, müəyyən yaşayış yeri olmayan 18 yaşındanyuxarı şəxslərin, görmə qabiliyyəti məhdudluğu olan şəxslərin və s.sosial reabilitasiyasını həyata keçirir.

"Müəssisəyə qəbul olunanlara burada sosial-məişət,sosial-hüquqi, sosial-psixoloji və sosial-pedaqoji xidmətlərgöstərilir.

Sığınacağa qəbul qaydalarına uyğun olaraq, şəxs müəssisəyə qəbuledilməmişdən əvvəl onun sağlamlıq vəziyyətinin ilkin tibbimüayinəsi aparılır, müvafiq səhiyyə müəsisəsi tərəfindənyoxlanılır. Həmçinin, vətəndaşın yoluxucu xəstəliklərin daşıyıcısıolmaması və psixi sağlamlıq vəziyyəti barədə məlumat göstərilməklə,sağlamlıq haqqında tibbi arayış təqdim olunur".

M.Həşimov bildirib ki, müəssisənin baxımsız, kimsəsiz və sosialtəhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanların sosialreabilitasiyası və müəyyən yaşayış yeri olmayan 18 yaşından yuxarışəxslərin sosial reabilitasiyası şöbələrində bu ilin yanvar-oktyabrayları ərzində 113 nəfərə xidmət göstərilib.

"Onlardan 60 nəfəri müəssisəyə bu il qəbul edilib. Hazırda 55şəxs burada dövlət qayğısı ilə əhatə olunur", - deyə o qeydedib.

Məqalədə:
Chosen
60
5
az.trend.az

7Sources