EN

Azərbaycana mal-qara gətirən DANA MONOPOLİYASININ başında duran Ramazanov, Laçınlı Dadaş kimdir?


Azərbaycana mal-qara gətirən DANA MONOPOLİYASININ başında duran Ramazanov, Laçınlı Dadaş kimdir?

 

Onlara  AQTA-da, DGK-da, DVX-də kimlər “krışa”lıq  edir ? 

 

Azərbaycan  Respublikasının Prezidenti cənab İlham Əliyev  dəfələrlə keçirdiyi müşavirələrdə süni qiymət artımı, süni bahalaşma yaradanları “natəmiz insanlar”, “işbazlar”  adlandırıb və  sərt şəkildə bildirib ki, bu işdə əli olan şəxslər ciddi cəza almalıdır ki, başqalarına də dərs olsun.

Məlumdur ki, süni qiymət artımının kökündə inhisarçılıq dayanır və real bazar  qiymətini  TƏLƏB-TƏKLİF  deyil, inhisarçılar  diqtə edirlər.

Prezident İlham Əliyev bildirib: “Ölkədə inhisarçılığa qarşı mübarizə daha da gücləndirilməlidir”.

Amma  bəzi işbazlar bunu nəzərə almır.

Belə inhisarçılar  barəsində  bir neçə il  öncə yazmışdıq.

Daha dəqiq desək, Azərbaycana qeyri-leqal  yolla  gətirilən diri mal-qaranın monopoliyası barədə faktlara əsaslanan araşdırma yazısı dərc etmişdik.

Bir neçə il əvvəl ictimiləşdirdiyimiz  “dana monopoliyası”  ilə bağlı  məsələyə yenidən qayıtmalı olduq. Çünki problem, yəni xırda  və iribuynuzlu heyvanların ölkəmizə idxalı  monopoliyası  hələ də davam  edir.

Şərti olaraq “dana monopoliyası”  adlandırdığımız bu şəbəkənin BAŞI Rusiyada  oturur, şəbəkənin bir QOLU Dağıstana, o biri QOLU  isə Azərbaycana uzanır.

Azərbaycanda “dana monopoliyası”nın nümayəndəsi “Laçınlı Dadaş” ləqəbli şəxsdir.

 Dağıstanda isə bu şəbəkənin başında duran Murad və Murada “krışalıq” edən- “Rosselxoznadzor”un Dağıstan üzrə rəisi Ramazan Ramazanovdur.

Biz  NUH.az saytı olaraq  “dana  monopoliyası” ilə bağlı ciddi araşdırmalar aparmışıq. Çünki bu monopolistlər qeyri-qanuni milyonlar qazanır, millətimiz isə  “qızıl qiyməti”nə olan ətə tamarzı qalıb.  

Adətən nənə-babalarımız deyərdi ki, “türk uşağı dil açanda ƏTCİ, ƏTCİ deyər, yəni ət yemək istəyər”. Və bu gün inhisarçılara görə insanlarımız ətə  tamarzı qalıb.

Biz ciddi araşdırma nəticəsində bu “dana monopliyası”nın arxasında  Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində, Dövlət Gömrük Komitəsində, Dövlət Vergi Xidmətində kimlərin dayandığını  ortaya qoyacağıq və mediada ictimailəşdirəcəyik.

Ümid edirik ki, hüquq-mühafizə orqanlarımız millətə qənim kəsilən  bu dana monopliyaasının əməllərini ortya çıxaracaq və hüquqi qiymət veriləcək.

 

Və nəticədə möhtərəm Prezidentimiz İlham Əliyevin iqtisadiyyatda  QARA YARA adlandırdığı inhisarçılığa son qoyulacaq.

 

BİZİ  İZLƏYİN.

 

NUH.az  


Chosen
47
1
nuh.az

2Sources