EN

Şadlıq evinin mühafizəçisinə qarşı quldurluq edən şəxsə nə qədər cəza verilib?

Ali Məhkəmədə Xaçmazda şadlıq evinin mühafizəçisinə qarşı quldurluq etməkdə təqsirləndirilən Asəf Ocaqovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.


Qərara əsasən, şikayət təmin edilməyib.


Xatırlatma: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Asəf Ocaqov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 11 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsi isə şikayəti təmin etməyib. Daha sonra o, kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.


İttihama görə, hadisə 20 aprel 2022-ci il tarixdə saat 02 radələrində Xaçmazda "İntizar" şadlıq sarayında qeydə alınıb.


Belə ki, Quba rayon sakini, əvvəllər məhkum olunmuş Asəf Ocaqov həmin şadlıq sarayının mühafizəçisinə qarşı quldurluq edib. O, hadisə zamanı zərərçəkənin baş nahiyəsinə xəsarət yetirib.


Amma Asəf quldurluq yolu ilə pul, eləcə də başqa qiymətli əşya tapa bilməyib və mühafizəçinin pencəyini götürərək hadisə yerindən qaçıb.


Sonra o, Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təqdim edilib.


A.Ocaqov ifadəsində törətdiyi cinayəti etiraf edib.

 

Kamal Məmmədov 

Tarix: 30 Oktyabr 2024, 10:23   
Chosen
21
pravda.az

1Sources