Bakı. Trend:
Vətəndaş yalnız tibbi göstəriş, yəni sağlamlıqla bağlı şikayətiolduğu halda, icbari tibbi sığorta hesabına, ödəniş etmədən tibbimüayinədən keçə bilər.
Bu barədə Trend-ə özəl müsahibəsində İcbari Tibbi Sığorta üzrəDövlət Agentliyinin Tibbi xidmətlər və dərman vasitələridepartamentinin rəhbəri Nərgiz Ağayeva deyib.
O qeyd edib ki, tibbi göstəriş yoxdursa, icbari tibbi sığortahər hansı müayinənin ödənişini qarşılamır.
"Arayışın alınmasında isə tibbi göstəriş yoxdur. Ona görə dəprofilaktik müayinə sayılır və icbari tibbi sığorta təminatınadaxil deyil.
Sağlamlıq haqqında arayış üçün təyin olunan 40,12 manatı ödəyənvətəndaş terapevt, cərrah, nevropatoloq, oftalmoloq, otolarinqoloq,dermatoveneroloq, stomatoloq müayinəsindən keçir, flüoroqrafiya,qanın və sidiyin ümumi analizini verir. Arayışın qiyməti təyinedilərkən tibbi xidmətlərin maya dəyəri, əhalinin tələbatı,instrumental-laborator müayinələrin həcmi nəzərə alınır.
Lakin gələcəkdə ola bilsin ki, "check-up" müayinələriniXidmətlər Zərfinə salaq və ya ilkin səhiyyədə bu müayinələraparılsın. Bu müayinələrin də nəticəsində artıq sağlamlıq haqqındaarayış formalaşacaq. Yəni, bunun üzərində işləyirik. Ona görə dəhansı "check-up" Xidmətlər Zərfinə salınacaqsa, ondan irəli gələnarayışların da Xidmətlər Zərfinə salınması barədə düşünəcəyik”, oəlavə edib.