ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Türkiyə Aerokosmik Sənayesi A.Ş. (TAI) şirkətinə terror hücumundan sonra Türkiyə təhlükəsizlik qüvvələrinin Suriyadakı terror hədəflərinə qarşı həyata keçirdiyi əməliyyatlarla bağlı danışıb.
Publika.az xəbər verir ki, Pentaqonun sözçüsü, briqada generalı Patrik Rayder gündəlik mətbuat konfransında sualları cavablandırıb.
Rayder bildirib ki, ABŞ-ın Türkiyənin son terror hücumu ilə bağlı qanuni təhlükəsizlik narahatlığı yoxdur:
“ABŞ PKK-nı terror təşkilatı olaraq görür. Məncə, burada diqqət çəkən məqam iki liderin bir-birini dəstəkləmək üçün açıq ünsiyyət xəttini davam etdirmək əzmində olmasıdır. Türk müttəfiqlərimizlə yaxşı koordinasiyamız və ünsiyyətimiz var. Bundan sonra da bunu davam etdirəcəyik”.