EN

ADY: Bu il Çindən Orta Dəhlizlə 300-dən çox qatarın göndərilməsi gözlənilir

ADY:
Bu il Çindən Orta Dəhlizlə 210-dan çox blok qatarı qəbul edilib. 1news.az bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) istinadən xəbər verir.
Məlumata görə, ilin sonunadək 300-dən çox qatarın göndərilməsi gözlənilir. ADY və Çin şirkətləri arasında Çin mənşəli yüklərin konteyner blok qatarlarla Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti üzərindən daşınması barədə razılaşma əldə edilib. "Yeddi il öncə bu gün istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu xətti ötən illər ərzində regional və qlobal yükdaşımalarda Azərbaycanın rolunu əhəmiyyətli dərəcədə gücləndirib", - məlumatda deyilir. Xatırladaq ki, BTQ-nin tikintisinə 2008-ci ildə başlanılıb və dəmir yolu xətti 2017-ci il oktyabrın 30-dan istismara verilib, 2023-cü ilin mayın 16-dan onun Gürcüstan hissəsi təmir-bərpa işləri ilə əlaqədar bağlanılıb və yükdaşıma bu il mayın 20-dən bərpa edilib. Həmin gün 20 konteynerdən ibarət ilk yük qatarı Abşeron Logistika Mərkəzindən Gürcüstan istiqamətində hərəkət edib.

BTQ-nin Gürcüstan hissəsinin təmiri nəticəsində onunla yükdaşımaların həcminin ildə 5 milyon tona çatması, dəmir yolu xəttinin Orta Dəhlizin ən cəlbedici hissəsindən birinə çevirməsi planlaşdırılır.

Chosen
21
5
1news.az

10Sources