Erməni jurnalist ifşa edir: “Sərhəd zonasının tikintisində çoxlu sayda hindistanlılar iştirak edir”
“Sərhəd zonasının tikinti işlərində çoxlu sayda hindistanlı iştirak edir. Müdafiə naziri Suren Papikyan jurnalistlərə Tavus sərhəd zonasında işləyən hindistanlı fəhlələri göstəribmi?”.
Demokrat.az xəbər verir ki, bunu erməni jurnalist Voskan Sarkisyan öz “Facebook” səhifəsində yazıb.
Onun sözlərinə görə, Tavus sərhəd zonasında inşa edilən istehkamların tikintisinə həm sərhəd kəndlərinin sakinləri, həm də çoxlu sayda hindlilər cəlb edilib.