EN

BRİKS sammitinin nəticələri Qərbin Rusiyanı təcrid etmək cəhdlərinin uğursuzluğunu göstərdi

BRİKS sammitinin nəticələri Qərb ölkələrinin Rusiyanı təcrid etmək cəhdlərinin uğursuzluğunu göstərib.

“İki sahil” “Kommersant”a istinadla xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib

“Rusiyanı beynəlxalq arenada təcrid etmək cəhdləri tam fiasko olub”, - deyə, TASS ondan sitat gətirib.

Lavrov qeyd edib ki, dünya ölkələri getdikcə daha çox Qərb ölkələrinə tabe olmaqdan və onların əmrlərini yerinə yetirməkdən imtina edirlər:  “Dünya dövlətlərinin əksəriyyəti Qərbin yolu ilə getmir, bizimlə müxtəlif formatlarda və sahələrdə əlaqələri gücləndirirlər. Bunu Rusiyanın sədrliyi ilə Kazanda keçirilən BRİKS sammitinin nəticələri də sübut edir”.

Chosen
89
ikisahil.az

1Sources