EN

İrəvan Bakıdakı COP29 konfransında iştirak etmək istəyir - Paşinyanın Aparat rəhbəri

Ermənistan Baş nazirinin Aparat rəhbəri Arayik Arutyunyan hesab edir ki, bu gün Azərbaycanla sülh sazişinin bütün bəndlərini razılaşdırmaq imkanı var.

Modern.az xəbər verir ki, Arutyunyan bu barədə jurnalistlərə Kazanda keçirilən Paşinyan-Əliyev görüşünü şərh edərkən deyib.

Onun sözlərinə görə, Ermənistan tərəfi bu cür görüşləri dialoq fürsəti kimi müsbət qiymətləndirir.

“Biz qərarlıyıq ki, başlayan proseslər və sülh müqaviləsinin imzalanması yaxın gələcəkdə reallığa çevrilsin”, - deyə Arutyunyan bildirib.

Baş nazirin Aparat rəhbəri qeyd edib ki, o, sülh müqaviləsinin qalan bəndləri üzrə razılığa gəlmək imkanı görür.

Ermənistanın Bakıda keçiriləcək COP29-da iştirakının mümkünlüyünə gəlincə, sülh müqaviləsi çərçivəsində ciddi irəliləyiş də daxil olmaqla, getmək qərarına bir çox şərtlər təsir edə bilər.

Bundan əvvəl baş nazir Nikol Paşinyan bir neçə dəfə Azərbaycana sazişin artıq razılaşdırılmış bəndlərini imzalamağı təklif etsə də, rəsmi Bakı onunla razılaşmayıb.

Paşinyan-Əliyev görüşü oktyabrın 24-də Kazanda keçirilən 16-cı BRICS sammiti çərçivəsində baş tutub. Görüşdə Ermənistanın baş nazirinin müavini Mher Qriqoryan, Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev, Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramov da iştirak ediblər.

COP29 iqlim dəyişikliklərinə dair beynəlxalq konfransı noyabrın 11-22 tarixləri arasında Bakıda keçiriləcək.

Chosen
51
50
modern.az

10Sources