EN

Gürcü Arzusu “fəlsəfə daşı” tapıb - Qoretski

Gürcüstanı rusiyayönümlü hökumət və qərbyönlü cəmiyyətə malik bir ölkə kimi təsəvvür etmək yanlışdır, hər şey o qədər də sadə deyil. Tiflis həmişə manevr edəcək. Gürcüstan Qərblə inteqrasiyadan əl çəkməyəcək və Rusiya ilə əməkdaşlıqdan faydalanacaq.

Axar.az xəbər verir ki, bunu Polşa Şərqşünaslıq Mərkəzinin baş elmi işçisi Voyçex Qoretski deyib.

“Gürcüstanda müxalifət bölünüb və parlamenti boykot etmək qərarını heç də hamısı verməyib. Onlar cəmiyyətin onlara nə qədər dəstək verəcəyini görmək istəyirlər ki, bu da nümayişlərdən bəlli olacaq”, - o bildirib.

Ekspert qeyd edib ki, Gürcü Arzusunun siyasətçiləri bir növ “fəlsəfə daşı” tapıblar:

“Onlar bilirlər ki, gürcü cəmiyyəti bir tərəfdən qərbyönlüdür. Sorğularda respondentlərin 80%-ə qədəri Gürcüstanın Avropa Birliyinə üzv olmasını istəyir, digər tərəfdən də bu cəmiyyətin mühafizəkar olduğu məlumdur. Həmçinin bu cəmiyyət sabitlik istəyir və müharibədən qorxur. Gürcü Arzusu bütün bacılara sırğa paylayan partiyadır”.

Qoretski əmindir ki, “müxalifət = müharibə” povesti Gürcüstanda bir çox insana təsir edir.

Chosen
46
46
axar.az

10Sources