EN

Britaniyada nüvə sualtı zavodunda yanğın baş verib.

Böyük Britaniyada nüvə sualtı qayıqlarının inşa olunduğu "Barrou-in-Furness" gəmiqayırma zavodunda (Kumbriya) yanğın baş verib.

Şirkət ölkənin ən böyük müdafiə şirkəti "BAE Systems"-ə məxsusdur.

Bu barədə "Financial Times" qəzeti məlumat yayıb .

“Böyük yanğınla bağlı ilk məlumat çərşənbə günü səhər saat 00:44-də Barrou-in-Furness liman şəhərindəki BAE Systems tikinti meydançasında verilib”, - nəşr bildirib.

Hüquq-mühafizə orqanları heç bir “nüvə təhlükəsi” olmadığını bildirsə də, yerli sakinlərə evdə qalmağı, qapı və pəncərələri açmamağı tövsiyə edib.

Chosen
37
aznews.az

1Sources