EN

"Növbəti planımız istiqraz bazarı alətlərinin məsafədən ticarətinin təşkil edilməsidir"

Bakı Fond Birjasının (BFB) Əməliyyat və Ticarət üzrə rəhbəri Mətin Yolçiyev ticarət prosesinin daha əlçatan olması və yeni imkanların müştərilərə təqdim olunması üçün yeni planlardan danışıb.

O bildirib ki, cari ilin yanvar-sentyabr ayları üzrə ipoteka istiqrazları istisna olmaqla korporativ istiqraz yerləşdirilməsinin həcmi ilk dəfə 513 milyon manatı keçmişdir ki, bu da bazarın əhəmiyyətli dərəcədə böyüdüyünü göstərir.

"Repo əməliyyatları üzrə də dövriyyə həcmi artmaqdadır və cari il üzrə 30 milyard manatdan artıq repo əməliyyatları qeydə alınmışdır. Növbəti planlarımız sırasında, ilk olaraq istiqraz bazarı alətlərinin məsafədən ticarətinin təşkil edilməsidir.

Növbəti mərhələlərdə istiqraz və səhmlər üzərində repo əməliyyatlarının məsafədən ticarətinin mümkün edilməsi nəzərdə tutulur. Bu kompleks addımlar, investorların qısa, orta və uzunmüddətli investisiya qərarlarını daha dəqiq qiymətləndirməsinə şərait yaradacaqdır. Eyni zamanda, beynəlxalq təcrübəyə uyğun müxtəlif sifariş növlərinin və çeşidlərinin təqdim olunması da planlarımız arasındadır. Bu təşəbbüslər, bazarın daha rəqabətqabiliyyətli, likvid və əlçatan olmasına xidmət edəcəkdir",- Mətin Yolçiyev deyib.

Chosen
28
marja.az

1Sources