"Ölkə tibbi baxımdan hər cür fors-major hadisəyə hazırdır".
Pravda.az xəbər verir ki, bu sözləri TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov COP29 konfransı çərçivəsində keçirilən tibbi xidmətlərin təşkilinə həsr olunmuş brifinqdə deyib.
"Ciddi bir sıxıntı görmürük. Beynəlxalq tədbir olduğu üçün bütün fövqəl hadisələr nəzərə alınıb", - o bildirib.
Aytəkin Qardaşova
Tarix: 30 Oktyabr 2024, 15:49