EN

Emin Ağalarovun ev bağışladığı Qarabağ qazisi danışdı –"Gözüm çıxıb üzümə düşdü, venadan qan fışqırırdı" /VİDEO

Xalq artisti, biznesmen Emin Ağalarov tərəfindən təşkil edilən lotereya kampaniyasında qalib gələn Qarabağ müharibəsi qazisi Rauf Qasımov 44 günlük müharibədə iştirakından danışıb.

Azpost.info bildirir ki, Rauf Qasımov vloger Nail Kəmərlinin “Youtube” kanalına müsahibəsi zamanı ağır və dəhşətli məqamları açıqlayıb:

“Mən Rauf Qasımov Teymur oğlu, Ağdam rayonunun Mərzili kəndindənəm. Gizirlik alandan sonra könüllü şəkildə Dövlət Sərhəd Xidmətinin xüsusi təyinatlı kəşfiyyat bölməsinə yazıldım…. 27 sentyabrda döyüşlər başladı. Bütün cəbhə boyu tapşırıq verildi. Bizim başladığımız istiqamət Ömər aşırımı tərəfdə idi.

Rauf Qasımov Cəbrayıl və Hadrut istiqmətində gedən döyüşlərdən danışıb.

Qazi qazandıqları evə köçəcəkləri tarixi də açıqlayıb:

“O sevinc bizim həyatımızın ən böyük arzusu idi. Gənc ailənin ən böyük arzusu ev olur. Təbii ki, qarşıdakı illərdə dövlət tərəfindən ev ilə təmin olunacaqdıq. Amma “Sea Breeze” şəhərciyindən bu evi qazanmağımız çox böyük sevinc oldu. Allah Emin Ağalarova da kömək olsun ki, belə gözəl bir yarışma keçirir, gözəl şəhərcik tikir. Biz gedib oraları gördük. Həqiqətən çox möhtəşəmdir. Oraya xəyalların dünyası demək olar. Dekabrın 1-dən binalar təhvil veriləcək. Biz də planlaşdırıb yaxın müddətdə köçəcəyik. Bir gözümdə protez var və görmür, digəri isə 30 faiz görür. Biz demək olar ki, həyata tutunub yaşayırıq, yaşayacağıq da”.

Videonu təqdim edirik:

 

Chosen
27
azpost.info

1Sources