COP29 çərçivəsində helikopter vasitəsilə tibbi yardım göstərilməsi mümkündür.
E-saglam.az xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Nadir Zeynalov "Yeni klinika"da COP29 çərçivəsində Tibbi xidmətin təşkilinə dair keçirilən brifinqdə jurnalistlərin sualına cavab olaraq deyib.
O bildirib ki, Bakı şəhərində olan xəstəxanaların bir qismi köhnə olsa da, yeni tikilən xəstəxanalarda bu xidmət mövcuddur:
"Əgər kiməsə helikopterlə daşınacaq qədər təcili müdaxilə lazım olarsa, biz fövqəladə hallar və digər qurumlarla birgə bunu vaxtında həll edəcəyik".
E-saglam.az