"Turan Tovuz"un futbolçusu Denis Marandiçi Moldova millisinin qarşıdakı 2 oyununda yığma komandanın sərəncamında olacaq.
Sportal.az xəbər verir ki, 28 yaşlı sol cinah müdafiəçisi UEFA Millətlər Liqası çərçivəsində noyabrın 16-da Andorra, noyabrın 19-da isə yoldaşlıq oyununda Cəbəllütariqlə keçiriləcək oyunlar üçün Moldova millisinə dəvət alıb.
Qeyd edək ki, Denis Marandiçi 2023-cü ilin yayından "Turan Tovuz"da çıxış edir. Təcrübəli futbolçu bu mövsüm qərb bölgəsi təmsilçisinin heyətində meydana çıxdığı 10 rəsmi matçda 2 qol ötürməsi ilə yadda qalıb.
saytlarin hazirlanmasi