EN

Ceyhun Osmanlının qardaşının ölkədən çıxışına qadağa - FOTO

Tanınmış biznesmen Faiq Osmanlı məhkəməyə verilib.

Buna səbəb ona məxsus şirkətin ödənilməmiş vergi borclarıdır.

Belə ki, Faiq Yunis oğlu Osmanlıya məxsus Badamlıq MMC-nin fonda vergi borcu yaranıb. Lakin müəyyən olunan vaxt keçməsinə baxmayaraq, borclar ödənməyib. Bu səbəbdən Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsi onun barəsində Bakı Kommersiya Məhkəməsində iddia qaldırıb. Dövlət qurumu iddiada borclar ödənmədiyi təqdirdə biznesmenin ölkədən çıxışına qadağa qoyulmasını xahiş edib.

Qeyd edək ki, Faiq Osmanlı keçmiş deputat Ceyhun Osmanlının qardaşıdır. Faiq Osmanlının Badamlıq MMC-dən başqa da bir neçə şirkəti mövcuddur.

Mənbə: axar.az

Chosen
21
9
axar.az

10Sources