EN

250 dollara görə banka hücum etdilər - Yaralılar var

İranın Sistan və Bəlucistan əyalətinin Zahidan şəhərində iki silahlı motosikletçi Milli Bankın yerli şöbəsinə hücum edib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə yerli media məlumat yayıb.

Bankın mühafizəçisi ilə silahlı soyğunçular arasında atışma zamanı iki mülki şəxs yaralanıb.

Soyğunçuların hadisə yerindən qaçdığı, özləri ilə yalnız 15 milyon tümən (250 dollar) apara bildikləri qeyd olunub.

Milli.Az

 
Chosen
88
50
milli.az

10Sources