EN

“Vosmoy”da söküntü

İcra Hakimiyyəti  səliqə-sahman yaratdığını deyir

Bakının Nizami rayonunda yerləşən "8-ci km Ticarət Mərkəzi”nin ("Vosmoy bazarı”) ətrafındakı küçə ticarətinin yığışdırılmasına başlanıldığı bildirilir.

Nizami Rayon İcra Hakimiyyəti məlumatı təsdiq edib.

Qurumdan bildirilib ki, ötən gündən başlayaraq bazarın yaxın ətrafında küçə ticarətinin yığışdırılmasına, ərazidə səliqə-sahmanın bərpa olunmasına start verilib.

"Bu istiqamətdə həyata keçirilən işlər çərçivəsində küçə tiçarətinin təşkil olunduğu piştaxtalar sökülərək ərazidən yığışdırılır”, – "iqtisadiyyat.az”a verilən açıqlamada qeyd olunub.
Chosen
10
23
arqument.az

10Sources