EN

Rusiya milyonlarla insanı müharibəyə göndərib, indi işçi çatışmır

Rusiyada işçi peşə sahiblərinin ciddi çatışmazlığı müşahidə olunur.

Valyuta.az xəbər verir ki, bu barədə RF Prezidenti Vladimir Putin Müstəqil Həmkarlar İttifaqları Federasiyasının qurultayında danışıb.

"Proqnozlara görə, yaxın vaxtlarda Rusiya iqtisadiyyatı - əmək bazarımız - yüksək işçi qüvvəsinə ehtiyac duyacaq və hətta kadr çatışmazlığı ilə üzləşəcək", - Putin bildirib.

O əlavə edib ki, kadr çatışmazlığı "obyektiv bir tendensiyadır" və buna "nəzər yetirilməlidir". "İqtisadiyyatın və sosial sferanın uzunmüddətli inkişafına dair sistemli addımların uyğun şəkildə planlaşdırılması" zəruridir” – o deyib.

Rusiya Mərkəzi Bankının məlumatlarına görə, Ukraynadakı müharibənin başlamasından sonra Rusiya iqtisadiyyatında kadr çatışmazlığı tarixi rekorda çatıb. Biznes sorğularına əsasən hesablanan işçi təminatı indeksi 2024-cü ilin ortalarında mənfi 30,8 bəndə düşüb.

Ümumilikdə, yalnız müharibəyə vətəndaşların göndərilməsi səbəbindən iqtisadiyyat bir milyon işçi itirib: 2022-ci ilin payızında 300 min nəfər səfərbər edilib, ötən il isə 500 min nəfər Müdafiə Nazirliyi ilə müqavilə bağlayıb, cari ilin birinci yarısında isə daha 190 min nəfər cəlb olunub. Bundan əlavə, təxminən 1 milyon insan Rusiya tarixində 1920-ci illərdən bəri ən böyük siyasi emiqrasiya dalğasında ölkəni tərk edib.

Bu kişilərin çoxu müharibədə ölüb və ya ömürlük əlil olub. Britaniya Müdafiə Nazirliyinin məlumatına görə, bu ilin sentyabrına olan vəziyyətə əsasən, Rusiya ordusu Ukraynada 600 min itki (həlak olanlar və yaralananlar) verib. Bu rəqəmə, "Vaqner" kimi özəl hərbi şirkətlərdəki döyüşçülərin itkiləri daxil deyil, hansılar ki, çoxsaylı məhkumları müharibəyə cəlb edərək irəli atıb.

"Mediazona" və BBC 75 min Rusiya əsgərinin ölümünü təsdiqləyib. Məlumata görə, həlak olanların ən azı 43%-i müharibə başlamamışdan öncə hərbi xidmətlə əlaqəli olmayıb.

Nicat

Chosen
59
valyuta.az

1Sources