EN

Kərim 100 min ziyana düşüb

Müğənni Kərim Abbasov 100 min manat ziyana düşüb.

Bizim.Media axşam.az-a istinadən xəbər verir ki, sənətçi bu haqda "İncə səhər" verilişində deyib. 

O bildirib ki, restoran açmaq istəyib, amma biznesi başlamadan bitib:

"Restoranın başına daş düşdü. Açmağımızla, bizi fırlatdılar. Gərək hər işin başında özün dayanasan. Restoran açmaq, kirayə, işçilər, aşpazlar. 3 aya 100 min manat ziyana düşdüm. İndi başqa bir biznes qurmuşam. Yarısını etdim, qalıb yarısı. 1 ilə hazır olacaq".

Kərim aldığı villadan söz açıb:

"Villa almışam. 2 ildir. Bakıda yerləşir. Badamdar qəsəbəsində, ən bahalı yerdə yerləşir. Niyə şəkil paylaşım ki? Nəyə lazımdır? Rahat yaşamaq istəyirəm. İstəyirəm rahat hava alım, çörək yeyim. Nəzərdən qorxuram". 

Bizim.Media

Chosen
67
1
bizim.media

2Sources