EN

İşə düzəltmək adı ilə qadının beş min manatını MƏNİMSƏDİ

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Özünü özəl mühafizə polisi kimi təqdim edən Ülvi Bədəlov bir nəfəri işə düzəltmək adı ilə 5100 manat pulunu mənimsəyib.
Bu barədə zərərçəkmiş Nahidə Zinhar qızı Əliyeva Bizim.media-ya müraciət edib.
Nahidə Əliyeva bildirib ki, onun kürəkəni ilə Ülvi Bədəlov tanış olublar. Ülvi ona lazım olsa, qohumlarını işə düzəldə biləcəyini bildirib.
Elə hər şey bundan sonra başlayıb.
Nahidə Əliyeva oğlunu işə düzəltmək üçün Ülvi Bədəlova müraciət edib. O bu iş üçün Nahidə Əliyevadan 5100 manat pul istəyib. Nahidə Əliyeva pulun bir hissəsini ona verib. Digər hissəsini isə verəndə əlində sübut olsun deyə həmin görüntüləri lentə alıb. Ülvi Bədəlov ona 10 gün müddətində oğlunun işə çıxacağını deyib. Amma Nahidə Əliyeva nə qədər gözləsə də, Ülvidən bir xəbər çıxmayıb. Dəfələrlə ona müraciət etsə də, heç bir nəticə olmayıb.
Bundan sonra Nahidə Əliyeva polisə müraciət edib.
Sözügedən şikayətlə bağlı Ülvi Bədəlovla əlaqə yaratmaq cəhdləri nəticəsiz qalıb.
Daxili İşlər Nazirliyindən isə bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır və tezliklə məlumat veriləcək.
Chosen
30
1
oxu.az

10Sources