EN

"Real"ın matçı təxirə salına bilər

La Liqanın 12-ci turunda keçiriləcək "Valensiya" - "Real" matçı təxirə salına bilər. 

Bizim.Media xəbər verir ki, bu barədə "Relevo" nəşri məlumat yayıb. 

Buna səbəb Valensiyada olan qasırğadır. Təbii fəlakətə görə onlarla insan ölüb və yerli hakimiyyət matəm elan edib. 

Qeyd edək ki, daha öncə bu gün keçirilməli olan kubokun "Valensiya" - "Parla Eskuela" və "Levante" - "Pontevedra" matçları təxirə salınıb. "Valensiya" - "Real" qarşılaşması isə 2 noyabr tarixində keçirilməlidir. 

Bizim.Media

Chosen
87
3
bizim.media

2Sources