EN

Renar əvvəlki iş yerinə qayıtdı

Səudiyyə Ərəbistanı yığmasında baş məşqçi problemi yoluna qoyulub.

Bəzi mənbələr yerli futbol federasiyasının Zinəddin Zidanla təmas qurduğunu iddia edirdi. Lakin futbol qurumu milli komandaya tanış mütəxəssisi təyin edib.
Xatırladaq ki, baş məşqçi vəzifəsinə ötən ilin yayında təyinat alan Roberto Mançini yığmanın qeyri-qənaətbəxş nəticələr göstərməsi və komandanın əksər üzvləri ilə münasibətlərinin pisləşməsinə görə işini itirmişdi. İtaliyalı mütəxəssis ilə bağlanan müqavilənin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulmuşdu. Bu səbəbdən 59 yaşlı məşqçiyə təzminat ödəniləcək.

Yerli federasiyanın rəhbərliyi Erve Renarı əvvəlki iş yerinə qaytarmağı lazım bilib. Fransalı mütəxəssis ilə imzalanan müqavilənin detallarına hələ ki rəsmən aydınlıq gətirilmir. Xatırladaq ki, Renar Səudiyyə Ərəbistanı yığmasını 2019-23-cü illərdə çalışdırıb. Komanda onun rəhbərliyi altında DÇ-2022-nin final mərhələsində çıxış edib. Asiyalıların Qətərdə keçirilən turnirə gələcək çempion Argentina üzərində 2:1 hesablı qələbə ilə başladıqlarını xüsusilə yada salmalıyıq. Renarın Asiya ölkəsini tərk edəndən sonra Fransanın qadınlardan ibarət komandasına başçılıq etdiyini də bildirək.

Yeri gəlmişkən, hazırda DÇ-2026-nın seçmə turnirində C qrupunda 4 oyuna 5 xal toplayan komanda Yaponiya və Avstraliyadan sonra 3-cü yeri tutur.

Chosen
38
football-plus.az

1Sources