EN

Burun tutulmasını bu üsullarla açın

Burun tutulması problemi tez-tez xəstəliklərin yan təsiri olaraq ortaya çıxır. Qış aylarında qrip, soyuqdəymə və digər yuxarı tənəffüs yolları xəstəliklərinin yan təsiri olaraq görülən burun tutulması nəfəs almağımıza mane olan bir sağlamlıq problemidir.

News24.az xəbər verir ki, burun tutulması meydana gəldiyi zaman istifadə edə biləcəyiniz bəzi təbii üsullar var. 

Duz: Duz burun tutulmasını aradan qaldırmaq üçün istifadə edə biləcəyiniz təbii üsullardan biridir. Bir şüşə içində qaynar su və duzu qarışdırın. Daha sonra bu duzlu su qarışımını ilıq edib burnunuzu təmizləmək üçün istifadə edə bilərsiniz. Burnunuza duzlu su udmaq bəlğəmi yumşaldacaq və tıxanıqlığı aradan qaldıracaq.

Buxar vannası: Burun tutulmasından xilas olmaq üçün buxar vannası qəbul edə bilərsiniz. Hər nəfəs aldığınız zaman burnunuzu açmağa kömək edən buxar vannası qəbul etmək üçün bir qab isti su götürün. Nanə yağı, çobanyastığı yağı və lavanda yağı kimi istədiyiniz efir yağından 10-12 damcı əlavə edin. Başınızı bir dəsmalla örtün və bir neçə dəqiqə bu sudan çıxan buxarın iyini hiss edin.

Soğan: Soğan doğrayarkən burnumuzun necə axdığını və necə ağladığımızı bilirsiniz. Soğanın bu güclü təsirindən yararlanaraq burun tutulmasından xilas ola bilərsiniz. Soğanı yarıya bölün və təxminən 4-5 dəqiqə qoxulayın.

Limon: Limon təbii turşu quruluşu ilə bəlğəmi yumşaldır. Limonun bu təsirindən istifadə etmək üçün burnunuza bir az limon suyu çəkməyiniz kifayət edər.

Məryəm İlhamqızı

Chosen
40
news24.az

1Sources