İsrail Müdafiə Qüvvələri şiə Hizbullah hərəkatının "Radvan" xüsusi təyinatlılarının komandir müavini Mustafa Əhməd Şahadini öldürdüyünü bildirib.
Qaziler.az xarici mətbuata istinadən bildirir ki, SAXAL-in məlumatına görə, bu, Livanda Nəbatiyyə bölgəsində baş verib.
"Kəşfiyyat məlumatlarına görə, Zərbə nəticəsində İsrail ordusu Hizbullahın "Radvan" qüvvələrinin komandir müavini Mustafa Əhməd Şahadini Nəbatiyyə bölgəsində öldürüb", - məlumatda deyilir.
Şahadi yəhudi dövlətinə qarşı bir çox hücumların təşkilinə görə məsuliyyət daşıyırdı. O, həmçinin 2012-2017-ci illərdə Suriyadakı Radvan qüvvələrinə komandanlıq edib və həmçinin Livanın cənubunda bölmənin əməliyyatlarına rəhbərlik edib.
QAZİLER.AZ