EN

Qasımın Nəsrullahın yanına getməsini tezləşdirəcəyik - İsrael Kats

İsrail Livanın "Hizbullah" təşkilatının yeni baş katibi Naim Qasımın təşkilatın məhv edilən lideri Həsən Nəsrullahın ardınca mümkün qədər tez getməsinə çalışacaq.

Turkustan.az TASS-a istinadən xəbər verir ki, bu bəyanatla İsrailin xarici işlər naziri İsrael Kats çıxış edib.

""Hizbullah"ın yeni baş katibi Naim Qasım Nəsrullahın yolu ilə getməyi vəd edir. Bunun mümkün qədər tez baş verməsinin qeydinə qalacağıq", - deyə o vurğulayb.

Oktyabrın 29-da İsrail Xarici İşlər Nazirliyi bildirib ki, Qasım “sələfləri Həsən Nəsrullah və Haşim Səfiəddinin yolu ilə getsə”, onun səlahiyyət müddəti "Hizbullah" tarixində “ən qısa müddət” olacaq.

Qeyd edək ki, Qasım "Hizbullah"ın yeni baş katibi seçildikdən sonra ilk çıxışında təşkilatın mərhum lideri Həsən Nəsrullahın kursunu davam etdirəcəyinə söz verib. O, həmçinin təşkilatın tərəfdarlarına bütün itkilərə baxmayaraq, İsrail üzərində qələbə vəd edib. /bakupost.az/

Chosen
7
1
turkustan.az

2Sources