EN

ABŞ-ın qərb sahillərində 5,8 bal gücündə zəlzələ baş verib

ABŞ-ın Oreqon sahillərində 5,8 bal gücündə zəlzələ qeydə alınıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələnin ocağı 12 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.

Chosen
6
8
ucnoqta.az

10Sources