“France Football” nəşrinin baş redaktoru Vensan Qarsiya “Qızıl top” mükafatının “Real Madrid”in cinah hücumçusu Vinisius Juniora deyil, “Mançester Siti”nin yarımmüdafiəçisi Rodriyə verilməsinin səbəbini açıqlayıb.
Sportinfo.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.
Onun sözlərinə görə, buna səbəb “Real”ın Vinisiusla birlikdə daha dörd üzvünün namizədlər arasında yer almasıdır.
“Görünən odur ki, Vinisius Dani Karvaxal və Cud Bellingemin də olduğu “Real”lılardan ibarət siyahıda çətinlik çəkib.
Bu fakt riyazi olaraq Vinisiusun bir neçə xal itirməsinə yol açıb. Jürinin “Real”lılar arasında seçim etməsi Rodriyə üstünlük qazandırıb”.
Vinisius builki nüfuzlu “Qızıl top” mükafatına əsas namizəd olsa da, “Mançester Siti”nin və İspaniya millisinin yarımmüdafiəçisi Rodri qalib seçilib.
Vinisius ikinci, “Real”ın digər futbolçusu Cud Bellinqem isə üçüncü yeri tutub.