“Roma”nın sabiq hücumçusu Antonio Kassano “canavarlar”ın baş məşqçisi İvan Yuriç haqda danışıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı keçmiş futbolçu Yuriçin rəhbərlik etdiyi komandanın pis göründüyünü bildirib:
“Yuriçin rəhbərlik etdiyi komanda pis görünür. Onda nə gördüklərini başa düşmürəm.
Ümid edirəm ki, romalılar Roberto Mançinini dəvət edəcəklər”.
“Roma” İtaliya A Seriyasının son oyununda səfərdə “Fiorentina”ya 1:5 hesabı ilə uduzub. Komanda cari mövsümün ilk yarısını uğursuz keçirib.
Yuriçin yetirmələri A Seriyasının 9 turundan sonra 10 xalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıblar.